22 may 2025, cümə axşamı Bakı, 23°C
IMG-LOGO

Masallıda sexdə yanğın olub (video)

22-05-2025

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Masallı şəhəri, İntiqam Əsgərli küçəsində yerləşən sexdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 420kv.m. olan plastik qapı-pəncərə və qaynaq sexində baş vermiş yanğın genişlənməsinə, o cümlədən yaxınlıqdakı tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində sexin içərisində plastik materiallar 20kv.m. sahədə və lambirdən ibarət tavanı 20kv.m. sahədə yanıb.

Sexin böyük hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Paylaş: