Bakıda məktəb və uşaq xəstəxanasının yaxınlığında yeni nəsil svetaforlar quraşdırılıb
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları paytaxt ərazisində yerləşən təhsil müəssisələri və xəstəxanaların yaxınlığında olan yollarda monitorinqlər keçirirlər.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, keçirilən növbəti tədbirlər zamanı piyada və nəqliyyat intensivliyi nəzərə alınaraq, Bakının Suraxanı rayonunda 87 nömrəli tam orta məktəbin və 8 saylı Birləşmiş Uşaq Xəstəxanasının yaxınlığında yeni nəsil LED işıqlandırma ilə təchiz olunan piyada svetoforları və bölmələri quraşdırılıb.
Suraxanı rayonunun Səttar Bəhlulzadə küçəsinin Tofiq Bayram və Əli Əskərov küçələri ilə kəsişməsində yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədilə ümumilikdə 16 piyada svetoforu və bölməsinin istifadəyə verilməsi nəzərdə tutulur.
Bakıda “Kənddən Şəhərə” həftəsonu...
Azərbaycan və Qazaxıstan məhkəmə...
Mingəçevirdə evdə partlayış olub (video,...
Azərbaycan çayı FAO-nun baş qərargahında...
Göygöldə 10 kilometrlik avtomobil...