22 may 2025, cümə axşamı Bakı, 23°C
IMG-LOGO

Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq genişləndirilir

20-05-2025
IMG

Xəbər verildiyi kimi, Azərbaycan Prokurorluğu və BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan Hüquq-Mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GlobE Network) birgə təşkilatçılığı ilə Bakıda GLOBE Şəbəkəsinin 6-cı Plenar iclası və İdarəetmə Komitəsinin 10-cu görüşü keçirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, tədbir çərçivəsində Azərbaycan Respublikasının Baş prokurorunun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov ölkəmizdə səfərdə olan bir sıra xarici nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirib.

Cibuti Respublikasının korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşdırılmış qurumu olan Dövlət Baş Müfəttişliyinin nümayəndəsi, həmçinin Küveyt Dövlətinin Korrupsiyaya qarşı Mübarizə İdarəsinin vitse-prezidenti Navaf AlMahamelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilmiş görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər və gələcək əməkdaşlıq imkanları ətraflı müzakirə edilib.

Görüşlər zamanı ölkə rəhbərlərinin siyasi iradəsi sayəsində formalaşan qarşılıqlı münasibətlərin inkişafı, xüsusilə BMT, İqtisadi Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın yüksək qiymətləndirildiyi, münasibətlərin mövcud səviyyəsinin hüquqi əməkdaşlığın genişləndirilməsi üçün möhkəm zəmin yaratdığı qeyd olunub.

Bununla yanaşı, Baş prokurorun müavininin Malayziyanın Maliyyə Cinayətlərinə qarşı Mübarizə Mərkəzi və Malayziya Antikorrupsiya Komissiyasının (MACC) rəhbər şəxsləri ilə keçirdiyi görüşlərdə Komissiyanın baş qərargahında 2016-cı ildə imzalanmış “Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə Malayziyanın Antikorrupsiya Komissiyası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu” xatırlanıb.

Tərəflər həmin memorandumun qurumlar arasında antikorrupsiya sahəsində qarşılıqlı əlaqələrin dərinləşdirilməsi, təcrübə və informasiya mübadiləsinin aparılması, eləcə də peşəkar kadrların hazırlanması istiqamətində əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyinə əminliklərini ifadə ediblər.

Beynəlxalq tədbir öz işini davam etdirir.

Paylaş: