Kiberhücumlar Britaniya şirkətinə 300 milyon funt sterlinq zərər vurub
Ötən ay Böyük Britaniyanın tanınmış pərakəndə satış şəbəkəsi “Marks&Spencer”ə (M&S) olan kiberhücum nəticəsində şirkətin onlayn xidmətlərindəki problemlərin iyul ayına qədər davam edəcəyi bildirilib.
Fhnews.az BBC-yə istinadla xəbər verir ki, müştərilər artıq bir aya yaxındır ki, onlayn sifariş verə bilmirlər.
Şirkət bu hücumun cari maliyyə ilində təxminən 300 milyon funt sterlinq zərərə səbəb olacağını bildirib. Kiberhücum Pasxanın həftəsonunda baş verib və ilk olaraq “click-and-collect” xidməti ilə təmassız ödəniş sistemlərinə təsir edib. Bir neçə gün sonra isə M&S-in veb-saytında onlayn sifarişin mümkün olmaması ilə bağlı üzrxahlıq mesajı yerləşdirib.
Qeyd edək ki, ötən gün Britaniyada fəaliyyət göstərən “Peter Green Chilled” logistika şirkəti kiberhücuma məruz qalmışdı. “Tesco”, “Sainsbury’s”, “Lidl” və “Aldi” kimi ölkənin əsas supermarketlərinə məhsul tədarük edən şirkətdən kibercinayətkarlar sistemləri bloklayaraq fidyə tələb etmişdilər.
Almaniyada əhalinin hər dörd nəfərindən...
OPEC+ iyulda neft hasilatının sürətli...
Ötən il Britaniyaya miqrasiya edənlərin...
Böyük Britaniyanı əhatə edən dəniz...
2030-cu ildə Çində “uçan marşrut...