İdxal olunan yem əlavəsi partiyasında uyğunsuzluq aşkarlanıb
Nəzarət tədbirləri çərçivəsində "Provet Solutions" MMC-nin Türkiyədən idxal etdiyi 208 ədəd 1 litrlik, 14 ədəd 25 litrlik “Aven Elektro Plus” əmtəə nişanlı yem əlavəsi məhsul partiyasından Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində manqan, mis sulfatın və sink sulfatın göstəriciləri üzrə uyğunsuzluq aşkarlanıb.
Bu barədə Agentliyin İnformasiya təminatı və innovative həllər şöbəsindən məlumat verilib.
Faktla bağlı qəbul olunmuş qərar əsasında məhsul partiyası məhv edilib.
Bakıda “Kənddən Şəhərə” həftəsonu...
Azərbaycan və Qazaxıstan məhkəmə...
Mingəçevirdə evdə partlayış olub (video,...
Azərbaycan çayı FAO-nun baş qərargahında...
Göygöldə 10 kilometrlik avtomobil...