FHN Muğan regionunda yanğın təhlükəsizliyinə dair müşavirə keçirib
Fövqəladə Hallar Nazirliyi səlahiyyətlərinə uyğun olaraq, kənd təsərrüfatı sahəsində yanğın təhlükəsizliyinin təmin olunması, o cümlədən əhalinin bu istiqamətdə maarifləndirilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Bu çərçivədə, Nazirliyin Muğan Regional Mərkəzi Dövlət Yanğın Nəzarəti Xidməti ilə birgə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın hadisələrinin qarşısının alınması, eləcə də meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə regional müşavirə keçirib.
Tədbirdə FHN-in yerli strukturlarının, Regional Mərkəzin əhatə etdiyi rayonların icra hakimiyyətlərinin, polis şöbələrinin məsul əməkdaşları, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Regional Meşə Təsərrüfatı Mərkəzinin və Şirvan Milli Parkının, Kənd Təsərrüfatı Nazirliyi Dövlət Aqrar İnkişaf Mərkəzinin səlahiyyətli nümayəndələri, bələdiyyə sədrləri və iri təsərrüfat sahibləri iştirak ediblər.
Müşavirədə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə, eləcə də meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyinin təmin edilməsi, həmçinin açıq sahələrdə yanğın təhlükəsi yaradan quru ot, kol-kos, məişət tullantılarının vaxtında təmizlənməsi ilə əlaqədar aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılıb, yanğın təhlükəsizliyi ilə bağlı müvafiq qaydalar izah olunub.
Tədbirdə yerli qurumlar tərəfindən də əhali arasında sözügedən sahəyə dair maarifləndirmə işinin aparılmasının vacibliyi vurğulanıb.
Müşavirədə mövzu ilə bağlı geniş müzakirələr aparılıb, zəruri tövsiyələr verilib, suallar cavablandırılıb.
Azərbaycan çayı FAO-nun baş qərargahında...
Göygöldə 10 kilometrlik avtomobil...
Ali Məhkəmədə qeyri-əmlak hüquqlarının...
“Paylayıcı şəbəkələrin gənc...
Sabah Bakıda 29 dərəcə isti olacaq...