22 may 2025, cümə axşamı Bakı, 23°C
IMG-LOGO

Bolqarıstan 2026-cı ildə avroya keçməyə hazırdır

20-05-2025
IMG

Bolqarıstan Mərkəzi Bankının  sədri Dimitar Radev Plevendə mətbuata verdiyi açıqlamada bildirib ki, ölkəsi avroya keçid üçün bütün zəruri şərtləri yerinə yetirib və məqsəd yanvarın 1-dən etibarən avroya keçməkdir. Bu mövzuda son sözü Avropa Mərkəzi Bankı və Avropa Komissiyası verəcək. 

Avroya keçid üçün ən mühüm kriteriyalardan biri olan inflyasiya ilə bağlı Bolqarıstanın lazımı addımlar atdığını deyən Radev, aprel ayına qədər illik orta inflyasiyanın 2,7 faiz səviyyəsində qaldığını xatırladıb. Avroya keçidlə əlaqədar vətəndaşların depozit hesablarındakı pulun azalmayacağını da bildirən Radev əlavə edib ki, Avroya illər əvvəl qoşulan ölkələrdə vətəndaşların gəlirləri yüzdə 10-15 artıb və həyat səviyyəsi yüksəlib. Bolqarıstan parlamenti və hökumətinin ölkənin milli valyutasının levdən avroya keçməsi ilə bağlı yekun qərarının referenduma çıxarılmasına davamlı olaraq qarşı çıxan prezident Rumen Radev qəfildən fikrini dəyişib və son sözün xalqa verilməsini təklif edib.
Parlamentin spikeri Nataliya Kiselova bu tələbin qanuna zidd olduğunu bildirib və plenar iclasın gündəliyinə çıxarmaqdan imtina edib.

Paylaş: