Tarixin daşa həkk olunduğu bina: Lissabon Kafedralı
Portuqaliyanın paytaxtı Lissabonda yerləşən və 12-ci əsrdə tikilmiş Lissabon Kafedralı (Se de Lisboa) Romanesk memarlığı ilə diqqət çəkir.
Şəhərin ən qədim dini tikilisi kimi tanınan kafedral tarix boyu bir çox zəlzələlərə baxmayaraq hələ də ayaqdadır.
Qotika və Barokko elementlərinin göründüyü bina həm xarici görünüşü, həm də vitrayla bəzədilmiş içi ilə Lissabon mədəni irsinin əhəmiyyətli nümunələri arasındadır.
Zəlzələlər həmişə Lissabon və kafedral üçün problem olub. Xüsusilə 1755-ci ildə Lissabon zəlzələsi kafedrala böyük ziyan vurub. Əsas kapella, kral panteonu, monastırlar və bir çox ibadətgahlar zəlzələ zamanı və sonralar yanğınlar nəticəsində zədələnmişdir. 20-ci əsrin əvvəllərində, geniş təmirdən sonra kafedral indiki görkəmini alıb. Kafedral estetik memarlığı ilə yerli və xarici turistlərin diqqətini çəkir.
Almaniyada əhalinin hər dörd nəfərindən...
OPEC+ iyulda neft hasilatının sürətli...
Ötən il Britaniyaya miqrasiya edənlərin...
Böyük Britaniyanı əhatə edən dəniz...
2030-cu ildə Çində “uçan marşrut...