DOST RİM beynəlxalq müsabiqədə qalib olub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (DOST RİM) qlobal biznes mühitində tanınan Böyük Britaniyanın “Corporate Vision Magazine” nəşrinin “Global Business Awards 2025” beynəlxalq müsabiqəsində uğur qazanıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, mərkəz son illərdə rəqəmsal xidmətlərin genişləndirilməsi, vətəndaşyönümlü həllərin yaradılması və ümumilikdə innovativ idarəetmə modellərinin tətbiqi sahəsində uğurlarına görə müsabiqənin qaliblərindən biri olub.
Müsabiqə çərçivəsində dünyanın 100-dən artıq ölkəsini təmsil edən qabaqcıl şirkət və təşkilatlar müxtəlif nominasiyalar üzrə qiymətləndirilib. Qiymətləndirmə zamanı iştirakçıların strateji yanaşmaları, innovasiya bacarıqları, rəqəmsal transformasiya sahəsində əldə etdikləri uğurlar və ümumi korporativ effektivlikləri nəzərə alınıb.
Qeyd edək ki, “Corporate Vision Magazine” bütün dünyada innovativ yanaşmaları, qabaqcıl texnologiyaları və perspektivli biznes təşəbbüslərini işıqlandıran və təbliğ edən nüfuzlu rəqəmsal nəşrdir.
Azərbaycan çayı FAO-nun baş qərargahında...
Göygöldə 10 kilometrlik avtomobil...
Ali Məhkəmədə qeyri-əmlak hüquqlarının...
“Paylayıcı şəbəkələrin gənc...
Sabah Bakıda 29 dərəcə isti olacaq...