Yunan adasında baş verən yeraltı təkanlar onlarla evə ziyan vurub
Yunanıstanın Egey adalarını günlərlə silkələyən və paytaxt Afinaya qədər hiss edilən 4,7 bal gücündə silsilə zəlzələlər onlarla evə ziyan vurub. Bir neçə ev yaşayış üçün tamamilə yararsız hala düşüb.
Fhnews.az xəbər verir ki, Evbeya adasının bəzi şəhərləri bərpa işlərini sürətləndirmək üçün artıq rəsmi şəkildə fövqəladə vəziyyət elan edilməsini xahiş ediblər.
ERT ictimai yayımı xəbər verir ki, 50-dən çox bina, o cümlədən evlər, bələdiyyə idarələri və məktəblərə ziyan dəyib.
Mütəxəssislər yaxın günlərdə yeni zəlzələlərin ola biləcəyini istisna etmirlər.
Çaqos adaları ilə bağlı razılaşma üzrə...
Oktant bürcündəki retrograd orbitdə...
Mosulda nadir Assuriya daş lövhəsi...
BMT-nin Baş katibi: Biomüxtəlifliyin...
Müharibələr və mikroplastiklər arılar...