Azərbaycanda heyvan xəstəliklərindən azad zonaların yaradılması işləri davam etdirilir
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəmizin Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında (Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının əraziləri tam, Füzuli, Xocavənd və Laçın rayonlarının əraziləri qismən əhatə edilməklə) və Naxçıvan Muxtar Respublikası ərazisində heyvan xəstəliklərindən azad zonaların yaradılması istiqamətində prosedurların tətbiqinə başlanılıb.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, azad zonalarda xüsusi diqqət dabaq xəstəliyinə yönəldilməklə ilkin mərhələdə “peyvəndləmə ilə azad” status alınması istiqamətində epizootoloji, diaqnostik, logistik və digər tədbirlər həyata keçiriləcək və bu məqsədlə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına (ÜHST) müraciət olunacaq.
Qeyd edək ki, Azərbaycan 2024-cü ildə ÜHST tərəfindən xırdabuynuzlu heyvanların taunu və yüksək patogen quş qripi xəstəliyindən azad ölkə kimi tanınıb, eyni zamanda, əvvəlki illərdə əldə edilmiş atların Afrika xəstəliyi və donuzların Afrika taunu xəstəliyindən azad status qorunub saxlanılır.
Beynəlxalq ticarət qaydalarına görə, heyvanların və heyvan mənşəli məhsulların ixracı yalnız heyvan xəstəliklərinin mövcud olmadığı ölkələrdən, bu mümkün olmadığı halda isə həmin ölkələrin beynəlxalq tələblərə uyğun standartlar əsasında sağlamlıq statusu tanınmış regionlarından həyata keçirilir. Həmin heyvan xəstəliklərindən azad status alınması heyvan mənşəli məhsulların ixracı və tranzit daşınmasına əhəmiyyətli dərəcədə müsbət töhfə verəcək.
Göygöldə 10 kilometrlik avtomobil...
Ali Məhkəmədə qeyri-əmlak hüquqlarının...
“Paylayıcı şəbəkələrin gənc...
Sabah Bakıda 29 dərəcə isti olacaq...
“Araz-2025” birgə təlimi uğurla başa...