Ətraf mühit və münaqişələr arasındakı əlaqəyə dair yeni yanaşma təqdim edilib - TƏDQİQAT
Notr-Dam Universiteti və Vayominq Universitetinin alimlərinin birgə apardığı və “Communications Earth & Environment” jurnalında dərc olunan yeni tədqiqat ətraf mühit və münaqişələr arasındakı əlaqəyə dair mövcud yanaşmaları şübhə altına alır.
Fhnews.az istinadla xəbər verir ki, tədqiqat görə, qlobal miqyasda ən çox ətraf mühiti çirkləndirən sənayeləşmiş dövlətlər ekoloji fəsadlardan və bunun yaratdığı münaqişələrdən daha az təsirlənir. Əvəzində, iqlim dəyişikliyində minimal rola malik Qlobal Cənub ölkələri resurs qıtlığı, köç və daxili qarşıdurmalar kimi ciddi risklərlə üzləşir.
Tədqiqatın həmmüəllifi, Notr-Dam Universitetinin dosenti Riçard Markantonio bildirir ki, bu nəticə ekoloji davamlılıq və sülh siyasəti üçün yeni yanaşmalara ehtiyac olduğunu göstərir. Əvvəlki tədqiqatlar sülh və ekoloji sabitliyi daha çox zəngin ölkələr kontekstində qiymətləndirirdi. Lakin bu tədqiqat daha obyektiv yanaşma sərgiləyərək ölkələrin ekoloji izlərini və beynəlxalq təsirlərini də nəzərə alıb. Alim qeyd edir ki, ətraf mühitin pisləşməsi resurslar uğrunda mübarizəyə səbəb olaraq münaqişələri qızışdıra bilər. Eyni zamanda, münaqişələrin özü də ətraf mühitə mənfi təsir göstərir. Bu ikitərəfli təsir dövrəsi, xüsusilə həssas regionlarda daha kəskin şəkildə müşahidə olunur.
Araşdırma göstərir ki, sülh və ekoloji davamlılıq arasında əlaqə düşündüyümüz qədər birbaşa və müsbət deyil. Tədqiqatçılar vurğulayırlar ki, bu əlaqə zəruri olmaya da bilər, yəni, məqsədyönlü siyasətlərlə həm sülh, həm də ekoloji davamlılıq paralel şəkildə təmin edilə bilər.
Tədqiqat gələcəkdə aparılacaq siyasət və elmi işlər üçün yeni istiqamətlər təklif edir: daha ədalətli, qlobal səviyyədə hamının faydalana biləcəyi, həm də ekoloji və sosial baxımdan davamlı həll yolları üzərində fokuslanmaq. Markantonionun sözlərinə görə, artan münaqişə və ekoloji risk fonunda bu paradoksal vəziyyəti anlamaq və ona cavab vermək bəşəriyyət üçün strateji əhəmiyyətə malikdir.
OPEC+ iyulda neft hasilatının sürətli...
Ötən il Britaniyaya miqrasiya edənlərin...
Böyük Britaniyanı əhatə edən dəniz...
2030-cu ildə Çində “uçan marşrut...
Çaqos adaları ilə bağlı razılaşma üzrə...