22 may 2025, cümə axşamı Bakı, 23°C
IMG-LOGO

Azərbaycan Astanada keçirilən beynəlxalq forumda təmsil olunur

20-05-2025
IMG

Qazaxıstan paytaxtında bu ölkədə qeyd edilən Mədəniyyət və İncəsənət Xadimləri Gününə həsr olunmuş mədəniyyət işçilərinin forumu keçirilir.

Fhnews.az xəbər verir ki, peşə bayramı çərçivəsində Qazaxıstan Milli Muzeyində bu ölkənin Mədəniyyət Nazirliyinin və TÜRKSOY beynəlxalq təşkilatının dəstəyi ilə III Muzey Konqresi keçirilir. Tədbir muzey eksponatlarının bərpası üzrə nəzəri və praktiki məsələlərə həsr olunub.

Tədbirdə qazaxıstanlı mütəxəssislərlə yanaşı, həmçinin Azərbaycan, Türkiyə, Rusiya, Özbəkistan, Qırğızıstan, Belarus və Moldovanın alimləri və muzey əməkdaşları iştirak edirlər.

Paylaş: