Venesuela terror təhlükəsi səbəbindən Kolumbiyaya uçuşları dayandırıb
Venesuela terror təhlükəsi səbəbi ilə qonşu Kolumbiyaya bütün uçuşları müvəqqəti olaraq dayandırdığını açıqlayıb. Venesuela daxili işlər naziri Diosdado Kabello verdiyi açıqlamada Kolumbiyadan ölkəyə çoxlu sayda muzdlu əsgərin daxil olduğunu və bu səbəbdən mayın 25-də keçiriləcək parlament seçkiləri ərəfəsində bir sıra ehtiyat tədbirləri görməyə qərar verdiklərini bildirib.
Seçkilərdə təxribat cəhdlərinin edildiyini ifadə edən Kabello “Kolumbiyadan Venesuelaya bütün uçuşların dərhal dayandırılması əmrini verdik. Çünki əlimizdə olan məlumata görə, zorakılıq, terror və mafiya ilə əlaqəsi olan şəxslərin Kolumbiyadan quru sərhədindən istifadə edərək ölkəyə daxil olduğunu təyin etdik"-deyə əlavə edib.
OPEC+ iyulda neft hasilatının sürətli...
Ötən il Britaniyaya miqrasiya edənlərin...
Böyük Britaniyanı əhatə edən dəniz...
2030-cu ildə Çində “uçan marşrut...
Çaqos adaları ilə bağlı razılaşma üzrə...