Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” keçiriləcək
Elm və Təhsil Nazirliyinin dəstəyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və “Times Higher Education” (THE) beynəlxalq reytinq agentliyinin birgə təşkilatçılığı ilə sentyabrın 24-25-də Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” keçiriləcək.
Nazirlikdən bildirilib ki, “Transmilli tədqiqat: bilikdən qlobal təsirə doğru” mövzusunda təşkil olunacaq sammitdə müvafiq sahə üzrə qlobal miqyasda tanınmış 50-dən artıq spikerin, 150-ə yaxın qurumu təmsil edən 350-dən çox nümayəndənin iştirakı gözlənilir.
Sammitdə aşağıda qeyd olunan istiqamətlər üzrə müzakirələr aparılacaq:
• Qlobal tədqiqatın təsiri: Avrasiya regionunun güclü tərəflərindən faydalanma
• Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaqda ali təhsilin rolu
• Qitələri əlaqələndirmək: əməkdaşlıq və innovasiya imkanları
Ətraflı məlumatla buradan tanış ola bilərsiniz.
Sabah Bakıda 29 dərəcə isti olacaq...
“Araz-2025” birgə təlimi uğurla başa...
“Azərişıq”ın təqdim etdiyi borc barədə...
Qafqaz Müsəlmanları İdarəsi Qurban...
Əmək miqrasiyasının ailə strukturlarına...