Formula 1 Azərbaycan Qran-Prisi: tribunalardakı yerlərin sayı 20 mini keçəcək
Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2025-ə hazırlıq işləri davam etdirilir.
Fhnews.az xəbər verir ki, bu il Bakı Şəhər Halqasında iki əlavə tribunanın quraşdırılması nəzərdə tutulub.
Artıq Bakı Şəhər Halqası ətrafında tribunaların quraşdırılmasına başlanılıb. Həm yerli, həm də xarici azarkeşlər tərəfindən Azərbaycan Qran-Prisinə artan marağı nəzərə alaraq, infrastrukturun genişlənməsi nəticəsində tribunaların tutumu 1500 yer artırılaraq 20 mini keçəcək.
Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2024-ü dörd gün ərzində tribunalardan canlı olaraq 76 mindən çox azarkeş izləyib.
Hazırlıq işləri ilə əlaqədar olaraq Dənizkənarı Bulvarın bəzi hissələrində müvəqqəti məhdudiyyətlərin tətbiq olunması nəzərdə tutulur. Paytaxt sakinlərindən və qonaqlardan bu müddət ərzində anlayış göstərmələri xahiş olunur.
Qeyd edək ki, Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2025 sentyabrın 19–21-də keçiriləcək.
Formula 1 Azərbaycan Qran-Prisi:...
Bu gün Avropa Liqasının qalibi bəlli...
“Heydər Əliyev Kuboku-2025”:...
Azərbaycan idmançıları Avropa...
Dünya çempionatında yüksək nəticələr...