22 may 2025, cümə axşamı Bakı, 23°C
IMG-LOGO

Ceyhun Bayramovun BƏƏ-nin xarici işlər naziri ilə regional məsələləri müzakirə edib

22-05-2025
IMG

Mayın 21-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan arasında telefon danışığı aparılıb.

XİN-dən bildirilib ki, telefon danışığı zamanı ölkələrimiz arasında strateji tərəfdaşlıq çərçivəsində görülən işlər, ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, habelə regional və beynəlxalq təhlükəsizlik vəziyyəti müzakirə olunub.

Telefon danışığı zamanı həmçinin, digər əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

Paylaş: