22 may 2025, cümə axşamı Bakı, 23°C
IMG-LOGO

Azərbaycan və Qazaxıstanın qadın sahibkarları arasında əməkdaşlıq haqqında saziş imzalanıb

20-05-2025
IMG

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Bakıda keçirilən 10-cu biznes-forumu çərçivəsində Azərbaycanın Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası ilə Qazaxıstanın Dövlət, Cəmiyyət və Biznes Əlaqələri üzrə Assosiasiyası arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

Fhnews.az xəbər verir ki, sazişi Azərbaycanın Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası İdarə Heyətinin sədri Səkinə Babayeva və Qazaxıstanın Dövlət, Cəmiyyət və Biznes Əlaqələri üzrə Assosiasiyasının prezidenti Ayjan Uteula imzalayıblar.

Sazişə əsasən hər iki assosiasiya birgə kreativ tədbirlər keçirəcək, təcrübə mübadiləsi aparacaq, rəqəmsal sahibkarlığın inkişafı istiqamətində əməkdaşlıq edəcəklər. Bununla yanaşı, qadın sahibkarlar üçün təlim proqramları hazırlanacaq və kurslar təşkil ediləcək.

Paylaş: