KOBİA: Bakıda mənzil qiymətləri dünyanın ən bahalı şəhərləri ilə müqayisə oluna biləcək səviyyəyə yaxınlaşmaqdadır
Bu gün Bakı şəhərində mənzil qiymətləri dünyanın ən bahalı şəhərləri ilə müqayisə oluna biləcək səviyyəyə yaxınlaşmaqdadır. Bu artım Bakının investisiya baxımından cəlbediciliyini və urbanizasiya proseslərinin intensivliyini göstərir.
Fhnews.az xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzində “Bakı şəhərində mövcud mənzil fondunun inkişafında yeni gözləntilər” mövzusunda keçirilən konfransda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.
Onun sözlərinə görə, bu müsbət dinamika fonunda mənzil bazarında əlçatanlıq problemi qalmaqdadır, qiymətlərin yüksəkliyi xüsusilə orta və aşağıgəlirli qruplar üçün mənzil sahibi olma imkanlarına təsir göstərir. KOBİA sədri mənzil fondunun inkişafında yeni gözləntilərin olduğunu vurğulayaraq qiymət faktoruna bir neçə amilin təsir etdiyini bildirib.
“Bunlardan birincisi enerji səmərəliliyi və ekoloji dayanıqlılıqdır. Müasir şəhərsalma trendləri yalnız kvadratmetrlə ölçülən daşınmaz əmlak deyil, həm də texnoloji cəhətdən təchiz olunmuş, ekoloji baxımdan davamlı və yaşamaq üçün rahat məkanlar tələb edir. İkinci mühüm istiqamət isə kiçik və orta sahibkarlığın mənzil sektoruna inteqrasiyasıdır. Biz agentlik olaraq hesab edirik ki, bu sahədə özəl təşəbbüslərin genişlənməsi təkcə yaşayış sahələrinin sayının artmasına yox, eyni zamanda, tikinti materialları sənayesindən xidmət sektoruna qədər olan bütün sahələrin inkişafına təkan verir. Xüsusilə kiçik və orta biznesin innovativ və sürətli tikinti texnologiyalarına çıxışı bu prosesi sürətləndirə bilər. KOB-ların mənzil fondunun genişlənməsində rolu həm bu sahənin şaxələnməsi, həm də infrastrukturun lokallaşdırılması baxımından əhəmiyyətlidir. Yeni yaşayış sahələri daha çox infrastruktur layihələrinin reallaşmasına, xidmət sektorunun genişlənməsinə və yeni biznes ideyalarının gerçəkləşməsinə imkan yaradır. Beləliklə, mənzil fondunun inkişafı ilə paralel olaraq yerli sahibkarlığın potensialı da genişlənir”, - deyə o qeyd edib.
Mingəçevirdə evdə partlayış olub (video,...
Azərbaycan çayı FAO-nun baş qərargahında...
Göygöldə 10 kilometrlik avtomobil...
Ali Məhkəmədə qeyri-əmlak hüquqlarının...
“Paylayıcı şəbəkələrin gənc...