İlahiyyat İnstitutunda magistratura səviyyəsi üzrə yeni ixtisaslaşmalar açılıb
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) magistratura səviyyəsində islamşünaslıq ixtisası üzrə “İslam hüququ”, “Təfsir”, “Hədis”, “İslam tarixi” və “Kəlam” ixtisaslaşmaları açılıb.
İnstitutdan bildirilib ki, bu il – 2025/2026-cı tədris ili üzrə magistratura səviyyəsinə qəbul olmaq istəyən bakalavrlar seçim zamanı dinşünaslıq ixtisası üzrə “Dinin sosiologiyası”, “Dinlərin tarixi”; islamşünaslıq ixtisası üzrə “İslam hüququ”, “Təfsir” və “Hədis” ixtisaslaşmalarını seçə bilərlər. İxtisaslaşmaların hər biri üzrə 2 plan yeri ayrılıb.
Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə ödənişsiz əsaslarla qəbul həyata keçirir. İnstitutun yaradılmasında əsas məqsəd Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub-saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasını təmin etməkdir.
Mayın 25-də 54 mindən çox abituriyent II...
Paytaxt məktəblərində işə qəbul...
Taksi sürücüləri üçün iyunun 19-da...
Agentlik: Bir neçə Azərbaycan mahnısının...
“Yüksəliş” müsabiqəsinin Analitik təhlil...