22 may 2025, cümə axşamı Bakı, 23°C
IMG-LOGO

Son dörd ayda əlilliyi olan şəxslərə 44,5 min reabilitasiya vasitəsi verilib
 

19-05-2025
IMG

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin 4 ayı ərzində əlilliyi olan şəxslərə 44,5 min reabilitasiya vasitəsi verilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlardan 3,5 mindən çoxu təkərli oturacaq (o cümlədən 39-u mühərrikli təkərli oturacaq), 897-si aşağı və yuxarı ətraf protezi, 2 mindən çoxu əsa, qoltuqaltı və dirsəkaltı ağac olub.

Həmçinin əlilliyi olan şəxslərə 3,3 min cüt protez və ortopedik ayaqqabı, 500-dən çox eşitmə aparatı, korset və digər reabilitasiya vasitələri təqdim olunub.

Paylaş: