“Yüksəliş” müsabiqəsinin Analitik təhlil imtahanının nəticələri açıqlanıb
Beşinci “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin Analitik təhlil imtahanının nəticələri açıqlanıb.
Müsabiqənin Təşkilat Komitəsindən bildirilib ki, imtahana qatılan 5813 namizəddən 1478-i müsabiqənin növbəti mərhələsində iştirak hüququ qazanıb.
İmtahanda iştirakçılara verbal, rəqəmsal və abstrakt təhlil olmaqla, 3 blok üzrə suallar təqdim olunub. İmtahana ümumilikdə 3 saat vaxt ayrılıb.
Analitik təhlil imtahanının keçid balı 560 T-şkala olaraq müəyyən edilib.
Müsabiqədə ədalətli rəqabəti təmin etmək məqsədilə test sualları bir çox beynəlxalq sistemdə tətbiq edilən T-şkala ilə hesablanıb. T-şkalası bir çox beynəlxalq imtahanlarda (TOEFL, GMAT, SAT və s.) tətbiq olunan üsuldur. Nəticələrin hesablanmasında istifadə edilən bu üsul bütün dünyada ən qabaqcıl və ədalətli metod hesab olunur.
Analitik təhlil imtahanından uğurla keçən iştirakçılar müsabiqənin İdarəetmə bacarıqları üzrə imtahanında iştirak hüququ əldə ediblər.
“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis edilib. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manat mükafat qazanırlar.
Beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti 2024-cü il dekabrın 18-də Sərəncam imzalayıb.
Mayın 25-də 54 mindən çox abituriyent II...
Paytaxt məktəblərində işə qəbul...
Taksi sürücüləri üçün iyunun 19-da...
Agentlik: Bir neçə Azərbaycan mahnısının...
“Yüksəliş” müsabiqəsinin Analitik təhlil...