22 may 2025, cümə axşamı Bakı, 23°C
IMG-LOGO

21 may Dialoq və İnkişaf Naminə Ümumdünya Mədəni Müxtəliflik Günüdür

21-05-2025
IMG

Hər il mayın 21-də keçirilən Dialoq və İnkişaf Naminə Ümumdünya Mədəni Müxtəliflik Günü təkcə dünya mədəniyyətlərinin zənginliyini deyil, həm də sülh və davamlı inkişafa nail olmaq üçün mədəniyyətlərarası dialoqun mühüm rolunu qeyd edir.

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası ilk dəfə bu əlamətdar günü 2002-ci ildə UNESCO-nun 2001-ci ildə Mədəni Müxtəliflik üzrə Ümumdünya Bəyannaməsini qəbul etdikdən sonra “rifah, davamlı inkişaf və qlobal dinc yanaşı yaşayışa nail olmaq vasitəsi kimi mədəniyyətin potensialını artırmaq” zərurətini dərk edərək elan edib.

2015-ci ilin sentyabrında Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyini qəbul etməsi və 2015-ci ilin dekabrında BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş Mədəniyyət və Davamlı İnkişaf üzrə A/C.2/70/L.59 qətnaməsi ilə Dialoq və İnkişaf naminə Ümumdünya Mədəni Müxtəliflik Günü həmişəkindən daha aktual olub.

BMT-nin müvafiq konvensiyalarına qoşulan Azərbaycan mədəni müxtəlifliyin tanınmasına əsaslanır və mədəniyyətlərarası mübadilə kontekstində daha çox həmrəyliyin bərqərar olmasına səy göstərir. Belə ki, Azərbaycan dövləti ölkədəki milli-mədəni müxtəlifliyin qorunub saxlanması və inkişafına geniş dəstək verir.

Bununla yanaşı, Azərbaycan qlobal sülhün və dialoqun təmin edilməsində mühüm rol oynayır, mötəbər beynəlxalq tədbirlər təşkil edir.

Paylaş: