22 may 2025, cümə axşamı Bakı, 23°C
IMG-LOGO

Azərbaycanın daha bir velosipedçisi Qazaxıstanda bürünc medal qazanıb

19-05-2025
IMG

Trek velosipedi üzrə Azərbaycan yığmasının daha bir üzvü Məryəm Hüseynova Qazaxıstanın paytaxtı Astanada keçirilən beynəlxalq “Silk Way Series Astana” beynəlxalq turnirində fəxri kürsüyə qalxıb.

Azərbaycan Velosiped Federasiyasından bildirilib ki, 2009-1010-cu il təvəllüdlü qızlar arasında çıxış edən velosipedçi omnium yarışlarında qüvvəsini sınayıb.

3 hərəkətin cəmində 38 iştirakçı arasında ümumi təsnifatda 3-cü yeri tutan idmançı bürünc medala layiq görülüb.

Daha əvvəl millinin üzvü Viktoriya Sidorenko da bürünc mükafata sahib çıxıb.

Paylaş: