22 may 2025, cümə axşamı Bakı, 23°C
IMG-LOGO

Agentlik: Bir neçə Azərbaycan mahnısının erməni qarmonçu tərəfindən mənimsənilməsi aradan qaldırılıb

22-05-2025
IMG

“Bəs nə deyim”, “Ay bəri bax”, “Niyə yox deyirsən” və “Güman yeri var” Azərbaycan mahnılarının musiqilərinin popurri şəklində erməni qarmon ifaçısı Gagik Stepanyan tərəfindən mənimsənilməsi aradan qaldırılıb.

Bu barədə  Əqli Mülkiyyət Agentliyindən məlumat verilib. Bildirilib ki, erməni qarmon ifaçısı Gagik Stepanyan “Bəs nə deyim”, “Ay bəri bax”, “Niyə yox deyirsən” və “Güman yeri var” Azərbaycan mahnılarının musiqilərini popurri şəklində qarmonda ifa edərək erməni mahnısı kimi təqdim edib və https://www.youtube.com/watch?v=pJ94cvEIymw səhifəsində yerləşdirmişdi. G.Stepanyan mahnıların adlarını və onların müəlliflərinin adlarını qeyd etməmişdi.

Qeyd edilən məsələ ilə bağlı Əqli Mülkiyyət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində rəqəmsal şəbəkələrdə müəlliflərin, ifaçıların və fonoqram istehsalçılarının əmlak hüquqlarını kollektiv əsasda idarə edən “Rəqəmli və Audiovizual Yayım Sənayesi” İctimai Birliyinin (RAYS) texniki yardımı ilə erməni qarmon ifaçısı Gagik Stepanyan ifası yutubun qeyd edilən səhifəsindən silinib.

Paylaş: