“Vışeqrad dördlüyü”nə daxil olan ölkələrdə dərman çatışmazlığı müşahidə olunur
Vışeqrad qrupuna daxil olan ölkələrin (Çexiya, Polşa, Slovakiya və Macarıstan) dövlət dərman nəzarəti orqanları bir sıra vacib preparatların müvəqqəti çatışmazlığı barədə məlumat veriblər.
Fhnews.az xəbər verir ki, bu barədə “Dnes” nəşri məlumat yayıb.
May ayının ortalarından etibarən istehsal və paylama ilə bağlı yaranan problemlər səbəbindən bu ölkələrdə depressiya, ürək çatışmazlığı, mövsümi allergiya və yüksək qan təzyiqi ilə bağlı dərman preparatlarının qıtlığı yaranıb.
Bəzi dərmanların isə alternativi yoxdur. Məsələn, “Anafranil” adlı antidepressantın yeni tədarükü yalnız 2025-ci ilin sonlarına gözlənilir.
OPEC+ iyulda neft hasilatının sürətli...
Ötən il Britaniyaya miqrasiya edənlərin...
Böyük Britaniyanı əhatə edən dəniz...
2030-cu ildə Çində “uçan marşrut...
Çaqos adaları ilə bağlı razılaşma üzrə...