XRİTDX bir sıra informasiya ehtiyatları və dövlət saytlarına qarşı olan kiberhücumlar barədə məlumat yayıb
“Arabian Ghost” adlı haker qruplaşması ölkəmizin bir sıra informasiya ehtiyatlarına, o cümlədən dövlət saytlarına qarşı kiberhücumlar həyata keçirdiyini açıqlayıb.
Fhnews.az Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) yaydığı məlumata istinadən xəbər verir ki, dövlət qurumlarına qarşı həyata keçirilən kiberhücümlar XRİTDX tərəfindən 24/7 monitorinq olunur.
“Tərəfimizdən həyata keçirilən tədbirlər nəticəsində bu hücumların qarşısı alınır. Kiberhücümların hazırda da davam etməsinə baxmayaraq, dövlət qurumlarının informasiya ehtiyatlarında heç bir dayanma və ya müdaxilə halı qeydə alınmayıb. Vətəndaşları və dövlət qurumlarını kibertəhlükəsizlik sahəsində diqqətli olmağa, şübhəli fəaliyyətlər barədə dərhal məlumat verməyə və təhlükəsizlik tədbirlərini gücləndirməyə çağırırıq”, - deyə XRİTDX-in yaydığı məlumatda bildirilir.
Qeyd edək ki, XRİTDX-in Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin rəsmi saytında (https://www.cert.gov.az) kibertəhlükəsizliklə bağlı məlumatlar və tövsiyələr mövcuddur.
Bakı metrosunun pik saatlarında interval...
Azərbaycan “SAMENA Liderlər Sammiti”ndə...
“Yerli şirkətlərin tanıtım sərgisi”...
Milli Depozit Mərkəzi səhmlər üzrə...
Təmiz gələcək naminə “Baku Steel...