Müstəqillik Gününə həsr olunmuş konsert keçiriləcək
“İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 28 May – Müstəqillik Günü münasibətilə "Üçrəngli bayrağın kölgəsində" adlı konsert proqramı keçiriləcək.
Birliyin Mətbuat xidmətindən bildirilib ki, konsert mayın 27-də saat 19-da Şəhriyar adına Mədəniyyət Mərkəzində təşkil olunacaq.
Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycan gəncləri arasında milli mənsubiyyət hissini, Vətən sevgisini və mədəni dəyərlərə bağlılığı daha da gücləndirmək, eyni zamanda, gənclər arasında milli ruhun, müstəqillik dəyərlərinin təbliği, mədəni irsimizin yaşadılmasıdır.
Konsertdə Azərbaycanın tanınmış sənətçiləri, istedadlı gənclər və müxtəlif yaradıcı kollektivlər çıxış edəcək.
Qeyd edək ki, tədbir Şəhriyar adına Mədəniyyət Mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının iştirakı ilə həyata keçirilir.
Azərbaycan çayı FAO-nun baş qərargahında...
Göygöldə 10 kilometrlik avtomobil...
Ali Məhkəmədə qeyri-əmlak hüquqlarının...
“Paylayıcı şəbəkələrin gənc...
Sabah Bakıda 29 dərəcə isti olacaq...