Azərbaycanın daha bir güləşçisi Rusiyadakı turnirdə fəxri kürsüyə qalxıb
Rusiyanın Kaspiysk şəhərində sərbəst güləş üzrə 5 qat dünya çempionu Əli Əliyevin xatirəsinə keçirilən turnirə yekun vurulub.
Azərbaycan Güləş Federasiyasından bildirilib ki, 55-ci dəfə təşkil edilən Memorialın son günündə 61, 70, 79, 92 və 125 kiloqramda medalçılar müəyyənləşib.
Milli komandanın üzvü Cəbrayıl Qadjiyev yeni çəkidə debüt edib. 79 kiloqramda mübarizə aparan təmsilçimiz ənənəvi yarışda bürünc medal qazanıb.
Xatırladaq ki, ötən gün Musa Ağayev (65 kiloqram) eyni nəticəyə imza atıb.
Formula 1 Azərbaycan Qran-Prisi:...
Bu gün Avropa Liqasının qalibi bəlli...
“Heydər Əliyev Kuboku-2025”:...
Azərbaycan idmançıları Avropa...
Dünya çempionatında yüksək nəticələr...