BOKT-ların alternativ maliyyələşdirmə mənbələrinə çıxış imkanlarının genişləndirilməsi müzakirə olunub
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA), ona üzv təşkilatların, eləcə də digər bank olmayan kredit təşkilatlarının (BOKT) rəhbər şəxsləri ilə görüşüb.
AMB-dan bildirilib ki, görüş zamanı yeni qəbul edilmiş “Mikromaliyyə Modeli üzrə Strateji Çərçivə”, cari ilin birinci rübü üzrə BOKT-ların fəaliyyət nəticələri, eləcə də bu sahədə əldə olunmuş nailiyyətlər və inkişaf perspektivləri ətrafında müzakirələr aparılıb.
Görüşdə, həmçinin BOKT-ləri narahat edən məqamlar, onların alternativ maliyyələşdirmə mənbələrinə çıxış imkanlarının genişləndirilməsi və institusional potensialının gücləndirilməsi kimi məsələlər də hərtərəfli müzakirə olunub.
Dağıstan nümayəndə heyəti Sumqayıt Kimya...
Bakı metrosunun pik saatlarında interval...
Azərbaycan “SAMENA Liderlər Sammiti”ndə...
“Yerli şirkətlərin tanıtım sərgisi”...
Milli Depozit Mərkəzi səhmlər üzrə...