Bakı İlahiyyat Kollecinin dini-mənəvi xidmət ixtisasına qəbul olmaq istəyən abituriyentlərin nəzərinə
Tam (11 illik) orta təhsil bazasında Bakı İlahiyyat Kollecinin dini-mənəvi xidmət ixtisasına qəbul olmaq istəyən abituriyentlər mayın 30-dək müvafiq keçidə daxil olub qeydiyyatdan keçməlidirlər: https://eservices.dim.gov.az/qabiliyyet
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, qeydiyyat prosesində buraxılış imtahanında (əvvəlki illərin məzunları üçün qəbul imtahanı) 40 və daha yüksək bal (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir) toplayan abituriyentlər iştirak edə bilərlər.
Qeydiyyatdan keçən abituriyentlər Dini-psixoloji komissiyanın müsahibəsində iştirak edəcəklər. Müsahibədə iştirak etmək üçün buraxılış vərəqəsi DİM-in saytına yerləşdiriləcək və bununla bağlı əlavə məlumat veriləcək. Abituriyentlər vərəqədə göstərilmiş tarix və saatda müsahibədə iştirak edəcəklər. Müsahibədən məqbul qiymət alan abituriyentlər dini-mənəvi xidmət ixtisasını seçə biləcəklər.
Mayın 25-də 54 mindən çox abituriyent II...
Paytaxt məktəblərində işə qəbul...
Taksi sürücüləri üçün iyunun 19-da...
Agentlik: Bir neçə Azərbaycan mahnısının...
“Yüksəliş” müsabiqəsinin Analitik təhlil...