Tacikistan və Azərbaycan Milli kitabxanaları arasında memorandum imzalanıb
Düşənbədə Tacikistan və Azərbaycan Milli kitabxanaları arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Mədəniyyət Nazirliyindən bildirilib ki, sənədi Tacikistan Milli Kitabxanasının direktoru Cumaxon Farzalizoda və Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov imzalayıblar.
Memoranduma əsasən, iki ölkənin Milli kitabxanaları arasında qarşılıqlı fəaliyyət və kitab mübadiləsi həyata keçiriləcək.
Eləcə də bu fəaliyyətin bir hissəsi kimi Tacikistanın və Azərbaycanın görkəmli şəxslərinin yubiley tədbirlərinin keçirilməsi də nəzərdə tutulub.
Tacikistanda Azərbaycan Qədim Musiqi...
Özbəkistanın Kokand Dövlət...
Ankaradakı beynəlxalq çay festivalında...
Tacikistan və Azərbaycan Milli...
Şərqşünaslıq İnstitutunun yeni nəşri:...