22 may 2025, cümə axşamı Bakı, 14°C
IMG-LOGO

Azərbaycan Astanada hüquqşünasların konqresində təmsil olunub

22-05-2025
IMG

Astanada hüquqşünasların “Müasir dünyada qanun, hüquq və ədalət” mövzusunda beynəlxalq konqresi keçirilib.

Fhnews.az Qazaxıstan Baş Prokurorluğunun mətbuat xidmətinə istinadla xəbər verir ki, tədbirin təşkilatçısı Qazaxıstan Baş Prokurorluğu yanında Hüquq Mühafizə Orqanları Akademiyası olub. Forum Qazaxıstanın Türkdilli Məhkəmə-Hüquq Tədris Şəbəkəsinə sədrliyi və Akademiyanın 10 illik yubileyinə təsadüf edirdi.

Tədbirdə Azərbaycan, Qırğızıstan, Türkiyə, Özbəkistanın hüquq və elmi ictimaiyyətinin nümayəndələri, o cümlədən Qazaxıstanın hüquq sahəsində aparıcı alim və praktikantları iştirak ediblər.

İştirakçılar hüquqi sistemlərin qlobal dəyişikliklərin çağırışlarına uyğunlaşdırılması, transmilli təhdidlərə qarşı mübarizədə Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında əməkdaşlığın gücləndirilməsi, sürətlə dəyişən dünyada hüquq təhsilinin keyfiyyətinin yüksəldilməsi və mütəxəssislərin peşəkar hazırlığı kimi mövzulara diqqət yetiriblər.

Konqresin yekunları milli hüquq sistemlərinin daha da inkişafına, hüquq-mühafizə və məhkəmə orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılmasına, dövlət fəaliyyətinin hüquqi əsaslarının möhkəmləndirilməsinə yönəlmiş tövsiyələr olub.

Paylaş: