22 may 2025, cümə axşamı Bakı, 15°C
IMG-LOGO

ADAU-nun milli H-indeksi yüksəlib, 12 əməkdaşı ən reytinqli 1000 alim siyahısında yer alıb

22-05-2025
IMG

“National H-index Ranking” platforması tərəfindən 2025-ci ilin ilk yarısı üçün Azərbaycanda fəaliyyət göstərən elmi qurumların və ali təhsil müəssisələrinin elmi göstəricilərinə əsaslanan reytinq nəticələri açıqlanıb.

Fhnews.az xəbər verir ki, “Scopus”, “Web of Science” və “Google Scholar” kimi beynəlxalq elmi bazalardan əldə olunan məlumatlar əsasında aparılan qiymətləndirməyə əsasən, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) milli H-indeksi 7-dən 12-yə yüksəlib. Bu, universitetin son bir ildə elmi fəaliyyətində əhəmiyyətli irəliləyişə nail olduğunu göstərir.

Ümumi elmmetrik göstəricilər üzrə də müsbət dinamika müşahidə olunub, universitet ölkə üzrə 40 ali təhsil müəssisəsi arasında 17-ci yerə yüksəlib.

Eyni zamanda, təqdim olunan “Azərbaycanın ən reytinqli 1000 alimi” siyahısında ADAU-nun 11 əməkdaşı (“Google Scholar” məlumatlarına əsasən) və 1 əməkdaşı (“Scopus” məlumatlarına əsasən) yer alıb.

Paylaş: