ABŞ-da yaşayış məntəqəsində təyyarə qəzası
ABŞ-nın Kaliforniya ştatının San Dieqo şəhərində kiçik təyyarə yaşayış massivində qəzaya uğrayıb.
ABŞ Federal Aviasiya İdarəsi "Cessna 550" tipli təyyarənin yerli vaxtla saat 03:45 radələrində hava limanı yaxınlığındakı yaşayış massivində qəzaya uğradığını açıqlayıb.
Açıqlamada hələlik təyyarədə olan adamların sayı ilə bağlı məlumat olmadığı, lakin bu tip təyyarənin 6-8 nəfər daşımaq qabiliyyətinin olduğu bildirilib.
San Dieqo Yanğınsöndürmə İdarəsi verdiyi açıqlamada qəza zamanı havanın dumanlı olduğunu bildirib.
Açıqlamada təyyarənin yaşayış məntəqəsinə çırpıldığı, təxminən 15 evin və bir neçə avtomobilin alovlandığı, ərazidəki bir neçə küçənin boşaldıldığı bildirilib.
Qəza nəticəsində ölən və ya yaralananların olub-olmadığı hələlik məlum deyil.
Süni intellektlə dəstəklənən “fətva...
ABŞ-da yaşayış məntəqəsində təyyarə...
Alimlər Leonardo da Vinçinin genetik...
“Google” alış-verişdən əvvəl virtual...
Almaniyada əhalinin hər dörd nəfərindən...