22 may 2025, cümə axşamı Bakı, 23°C
IMG-LOGO

“Paylayıcı şəbəkələrin gənc mütəxəssislərinin peşə ustalığı” yarışının birinci günü keçirilir

22-05-2025
IMG

Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim Tədris Kompleksində Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş “Paylayıcı şəbəkələrin gənc mütəxəssislərinin peşə ustalığı” yarışı start götürüb.

Fhnews.az xəbər verir ki, açılış mərasimində öncə Azərbaycanın Dövlət Himni səsləndirilib, daha sonra Ümummilli Lider Heydər Əliyevin həyatı, dərin irsi və Azərbaycanın energetika sektoruna göstərdiyi diqqət və qayğısı haqqında videoçarx nümayiş olunub.

Yarışda Bakı şəhərini təmsil edən “Qız Qalası”, “Şirvanşahlar” və “Odlar Yurdu”, habelə ölkəmizin müxtəlif regionlarından gələn “Naxçıvan”, “Aran”, “Şimal-Qərb”, “Qərb”, “Mərkəzi-Aran”, “Şirvan”, “Xaçmaz”, “Sumqayıt”, “Qarabağ”, “Cənub” komandaları iştirak edirlər.

İştirakçı komandalara ünvanlanan suallardan 10-u elektroenergetika ilə bağlı açıq tipli suallardır. Digər qapalı tipli (cavabı variantlar arasında təqdim edilən) sualların 25-i isə “Azərişıq” ASC-nin tətbiq etdiyi innovativ texnologiyalarla əlaqədardır.

Yarışmanın davamı mayın 23-də Hadrutda keçiriləcək.

Paylaş: