Qazaxıstanda təcili eniş edən “An-2” təyyarəsi 8 saat sonra tapılıb
Qazaxıstanın cənubunda Qızılorda vilayətinin çölündə “An-2” təyyarəsi təcili eniş edib.
Fhnews.az Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti teleqram kanalında məlumat yayıb.
Bildirilib ki, xilasedicilər onu səkkiz saat sonra aşkar ediblər.
"Qızılorda vilayətində "Tan-Kumkol" istiqamətində hərəkət edən “An-2” təyyarəsi məcburi eniş edib. Təyyarənin göyərtəsində 3 nəfər olub. Ekipajla əlaqə olmayıb, onların olduğu yer məlum deyildi. 8 saatlıq axtarışlardan sonra, gecə yarısı itkin düşənlər çöldə tapılıblar", - nazirliyin məlumatında bildirilib.
Qeyd edilib ki, onlara tibbi yardım lazım olmayıb.
OPEC+ iyulda neft hasilatının sürətli...
Ötən il Britaniyaya miqrasiya edənlərin...
Böyük Britaniyanı əhatə edən dəniz...
2030-cu ildə Çində “uçan marşrut...
Çaqos adaları ilə bağlı razılaşma üzrə...