22 may 2025, cümə axşamı Bakı, 23°C
IMG-LOGO

Səhiyyə Nazirliyində İsveçrənin ölkəmizdəki səfiri ilə görüş keçirilib

19-05-2025
IMG

Azərbaycan Səhiyyə Nazirliyində İsveçrə Konfederasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tomas Şteli ilə görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, səhiyyə naziri Teymur Musayev ölkələrimiz arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq üçün imkanların olduğunu qeyd edib. İsveçrənin əczaçılıq və tibb avadanlıqlarının istehsalı və satışı üzrə dünyanın aparıcı ölkələrindən biri olduğunu bildirən nazir həmin sahədə də əlaqələrin inkişafı üçün potensialın mövcudluğunu diqqətə çatdırıb, gələcəkdə əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.

Öz növbəsində Tomas Şteli ölkələrimiz arasında 1992-ci ildən etibarən diplomatik əlaqələr qurulduğunu və bu müddət ərzində İsveçrə və Azərbaycan dövlətləri arasında əməkdaşlığın müsbət dinamika ilə inkişaf etdiyini diqqətə çatdırıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Paylaş: