Milli Məclisin nümayəndə heyəti Madriddə Prado muzeyində olub
Milli Məclisin sədri Sahibə Qafarovanın İspaniya Krallığına rəsmi səfəri davam edir.
Parlamentin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, səfər çərçivəsində Madriddə Prado muzeyinə gələn parlamentin nümayəndə heyəti üzvləri muzeydə saxlanılan eksponatlarla tanış olublar.
Məlumat verilib ki, muzeydə məşhur rəssamların tabloları, tarixi heykəl nümunələri və qədim sikkə pul vahidləri ziyarətçilərə təqdim edilir. İl ərzində üç milyona yaxın insanın üz tutduğu bu mədəniyyət ocağının kolleksiyasında təqribən 8600-dan çox rəsm əsəri saxlanılır.
Məhkəmədə Azərbaycanın vaxtilə işğal...
Hikmət Hacıyev: Azərbaycan ilə İordaniya...
Milli Məclisin Regional məsələlər...
TÜRKPA Qərbi Azərbaycana qayıdışı...
Sahibə Qafarova: Türk dünyasının birliyi...