22 may 2025, cümə axşamı Bakı, 23°C
IMG-LOGO

Bakıda AQEM-in Biznes Şurasının iclası keçirilir

20-05-2025

Bu gün Bakıda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) təşkilatçılığı ilə AQEM-in Biznes Şurasının 8-ci Plenar İclası öz işinə başlayıb.

Fhnews.az xəbər verir ki, iclasda 30 yaxın Asiya dövlətinin təmsilçisi, iri dövlət və özəl şirkətlərin nümayəndələri iştirak edirlər.

İclası AQEM-in baş katibi Kayrat Saıbay açaraq qurumun fəaliyyəti və perspektiv planları barədə məlumat verib.

İclasda AQEM-ə daxil olan dövlətlərin qarşılıqlı əməkdaşlıq əlaqələri, biznes planlar, birgə iqtisadi layihələrin həyata keçirilməsi, o cümlədən nəqliyyat və tranzit sahəsində faydalı əməkdaşlıq məsələləri müzakirə edilir.

Paylaş: