Şimali Koreyaya məxsus döyüş gəmisinin istismara verilməsi zamanı qəza olub
Şimali Koreyanın yeni hərbi gəmisi təntənəli suya buraxılması zamanı sürüşmə yolundan düşüb. Gəmi zədələndiyi üçün Kim Çen In hadisəni cinayət aktı kimi qiymətləndirib. Şimali Koreya Mərkəzi Xəbər Agentliyi xəbər verir ki, ölkənin şərqindəki Çonjin limanında yeni esminesin istismara verilməsi mərasimi zamanı ciddi qəza baş verib.
500 tonluq döyüş gəmisi suya salınan zaman arxa sürüşmə yolundan sürüşərək quruya oturub. Bildirilib ki, gəminin dibi əzilib, tarazlığı pozulub və onu suya endirmək mümkün olmayıb.
Mərasimə qatılan Şimali Koreya lideri Kim Çen In komandirləri ehtiyatsızlıq və məsuliyyətsizlikdə günahlandıraraq, hadisəni ciddi qəza və cinayət aktı kimi qiymətləndirib.
Çaqos adaları ilə bağlı razılaşma üzrə...
Oktant bürcündəki retrograd orbitdə...
Mosulda nadir Assuriya daş lövhəsi...
BMT-nin Baş katibi: Biomüxtəlifliyin...
Müharibələr və mikroplastiklər arılar...