Tacikistanda Azərbaycan Qədim Musiqi Alətləri Ansamblının konserti böyük maraqla ilə qarşılanıb
Tacikistanın Danqara şəhərində Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində daha bir konsert proqramı təşkil olunub. Bu dəfə səhnəyə Azərbaycan Qədim Musiqi Alətləri Ansamblı çıxıb.
Mədəniyyət Nazirliyindən bildirilib ki, konsertdən əvvəl Azərbaycanın mədəniyyət nazirinin müavini Murad Hüseynov və Tacikistanın Danqara şəhərinin icra hakimiyyəti başçısı Sijoydin Salomzade çıxış ediblər.
Daha sonra Qədim Musiqi Alətləri Ansamblı rəngarəng musiqi proqramı ilə çıxış edib. Bir-birindən maraqlı musiqi nömrələri ilə zəngin musiqi kompozisiyası yerli tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanıb.
Tacikistanda Azərbaycan Qədim Musiqi...
Özbəkistanın Kokand Dövlət...
Ankaradakı beynəlxalq çay festivalında...
Tacikistan və Azərbaycan Milli...
Şərqşünaslıq İnstitutunun yeni nəşri:...