Azərbaycan ilk dəfə badminton üzrə dünya çempionatında 4 kateqoriyada 6 idmançı ilə təmsil olunacaq
Azərbaycan ilk dəfə badminton üzrə dünya çempionatında 4 kateqoriyada 6 idmançı ilə təmsil olunacaq.
Azərbaycan Badminton Federasiyasından verilən məlumata görə, bu il avqustun 25-31-də Fransanın paytaxtı Paris şəhərində keçiriləcək dünya çempionatında 4 kateqoriya üzrə 6 badmintonçumuz reytinq sıralamasına əsasən iştirak hüququ qazanıb. Kişi badmintonçuların şəxsi yarışında Edi Reski Dviçayo və Diki Panqestu, qadın badmintonçuların şəxsi yarışında Keişa Fatimə Zəhra, kişilərin qoşa kateqoriyasında Aqil Qəbilov-Diki Panqestu qoşası və qarışıq qoşa kateqoriyasında Cahid Əlhəsənov - Həcər Nuriyeva tandemi ölkəmizi dünya çempionatında təmsil edəcəklər.
Qeyd edək ki, Azərbaycan Badminton Federasiyasının 2025-2028-ci illəri əhatə edəcək strategiyasının əsas hədəflərindən biri qarşıdakı illərdə badmintonçuların Avropa və dünya çempionatlarında mütəmadi olaraq bütün kateqoriyalar üzrə iştirakını təmin etməkdir.
Formula 1 Azərbaycan Qran-Prisi:...
Bu gün Avropa Liqasının qalibi bəlli...
“Heydər Əliyev Kuboku-2025”:...
Azərbaycan idmançıları Avropa...
Dünya çempionatında yüksək nəticələr...