22 may 2025, cümə axşamı Bakı, 23°C
IMG-LOGO

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib

20-05-2025
IMG

Sürücülərin nəqliyyat vasitələrini sürətlə idarə etməsi, piyada keçidini bildirən nişana diqqət yetirməməsi və məsuliyyətsizlik son nəticədə piyadaların vurulması ilə nəticələnir. Ötən gün axşam saatlarında Yasamal rayonu, Şəfayət Mehdiyev və Lev Landau küçələrinin kəsişməsində qaydalara əməl edib piyada keçidindən keçən iki piyada motosiklet sürücüsü tərəfindən vurulub.

Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, digər bir analoji yol-nəqliyyat hadisəsi isə Yasamal rayonu, Nəriman Nərimanov prospektində qeydə alınıb.

“Ölüm və xəsarətlə nəticələnən bu tip qəzaların ilkin təhlili deməyə əsas verir ki, səbəblər eynidir. Ancaq təəssüflər olsun ki, bu səbəblərdən nəticə çıxarmadıqda piyadaların həyatı təhlükə ilə üz-üzə qalmaqda davam edir. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi nəqliyyat vasitələrinin sürücülərinə bir daha müraciət edərək piyada keçidlərini bildirən nişanlara diqqət yetirməyi, keçidlərə yaxınlaşarkən sürəti azaltmağı, xüsusilə də axşam və gecə saatlarında piyada keçidlərinə yaxınlaşarkən daha ehtiyatlı olmağı tövsiyə edir”, - deyə məlumatda vurğulanır.

Xatırladırıq ki, keçidə daxil olduqları andan etibarən piyadalara yol vermək sürücülərin vəzifəsidir və bu qaydaya əməl etməməyə görə məsuliyyət daşıyırlar.

Paylaş: