Britaniyada beyin şişlərini bir neçə saata müəyyən edən yeni test hazırlanıb
Böyük Britaniyada tədqiqatçılar beyin şişlərinin növünü həftələrlə gözləmədən, cəmi bir neçə saat ərzində müəyyən etməyə imkan verən yeni test üsulu hazırlayıblar.
Fhnews.az “BBC”yə istinadla xəbər verir ki, metod Nottingem Universitetinin alimləri tərəfindən hazırlanıb. Cərrahlar bu ultrasürətli genetik test metodunu yenilik adlandırıb. Bildirilib ki, bununla da, minlərlə xəstə üçün müalicə keyfiyyəti və nəticələri yaxşılaşacaq. Yeni yanaşma artıq 50-dən çox əməliyyatda sınaqdan keçirilib və şişin növünü müəyyən etməkdə 100 faizlik uğur əldə olunub.
Hazırda 100-dən çox beyin şişi növü mövcuddur və onların hər birinin düzgün diaqnozu xəstəyə uyğun müalicə strategiyasının seçilməsi baxımından həyati əhəmiyyət daşıyır. Tədqiqat Britaniyanın digər xəstəxanalarında da maraq doğurub. Bəzi xəstəxanalar bu metodu öz mövcud test proqramlarına əlavə edərək səmərəliliyini daha geniş şəkildə qiymətləndirməyə başlayıblar.
Çaqos adaları ilə bağlı razılaşma üzrə...
Oktant bürcündəki retrograd orbitdə...
Mosulda nadir Assuriya daş lövhəsi...
BMT-nin Baş katibi: Biomüxtəlifliyin...
Müharibələr və mikroplastiklər arılar...