14 mart 2025, cümə Bakı, 12°C
IMG-LOGO

Yaponiyada meşə yanğınında təxminən 2 min 100 hektar ərazi külə dönüb

03-03-2025
IMG

Yaponiyanın şimal-şərqində fevralın 26-da başlayan meşə yanğınında təxminən 2100 hektar ərazinin külə döndüyü bildirilib.

“NHK” dövlət televiziyasının xəbərinə görə, hakimiyyət İvate prefekturasının Ofunato şəhərində meşə yanğını ilə bağlı açıqlama verib.

Təxminən 2100 hektar ərazinin külə çevrildiyini bildirən səlahiyyətlilər yanğınlarla mübarizə üçün ölkə üzrə 2000-dən çox yanğınsöndürən ayrıldığını bildirib. 

Səlahiyyətlilər tüstünün yaşayış məntəqələrinə doğru irəlilədiyini və 80-dən çox binanın zədələndiyini qeyd edib. Yanğına havadan və qurudan müdaxilə davam edir  və yanğın səbəbindən təxminən 1200 şəhər sakini təxliyə edilib.

Paylaş: