Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar
Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar keçirilib.
Fhnews.az xəbər verir ki, bu barədə rəsədxanadan məlumat verilib. Bildirilib ki, seminarda Qalaktikalar və ulduzəmələgəlmə prosesləri şöbəsinin aparıcı elmi işçisi dosent Həmayil Adıgözəlzadə “V1295 Aql ulduzunun spektrində hidrogen, CaII H və K xətlərinin uzunmüddətli dəyişkənliyi” mövzusunda məruzə ilə çıxış edib.
Qeyd olunub ki, tədqiqatda standart ulduzların sintetik spektrindən istifadə edərək ilk dəfə H və K CaII xətlərinin fotosfer profilindən təmizlənmiş profilləri alınıb. Uzunmüddətli dəyişkənliklərin tam dövrünün təxminən 11 il olması ehtimal edilir. Tədqiqat işinin nəticələrinə əsasən, ulduzun fundamental parametrləri və təkamül statusu təyin edilib.
Sonra seminar iştirakçılarının sualları cavablandırılıb.
ADPU-da müəllimlərin işə qəbulu imtahanı...
Elektron Təhlükəsizlik Xidməti və...
BDU-nun Astrofizika kafedrası: Yaz...
Beynəlxalq konfransın iştirakçıları BMU...
Şagirdlərin elektron yerdəyişməsi...