14 mart 2025, cümə Bakı, 12°C
IMG-LOGO

Sabah Bakının qəsəbəsində elektrik enerjisi kəsiləcək

09-10-2024
IMG

Oktyabrın 10-da saat 10:00-dan 15:00-dək Bakının Xəzər rayonunun Şağan qəsəbəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Fhnews.az "Azərişıq" ASC-yə istinadən xəbər verir ki, buna səbəb Xəzər rayonunun Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan Şağan qəsəbəsinin bir sıra hissəsində köhnə naqillərin yenilənməsi işləri ilə əlaqədar oktyabrın 10-da elektrik xətlərinin sifarişə əsasən açılmasıdır.

Bildirilib ki, təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Paylaş: