On beş gün ərzində Elm və Təhsil Nazirliyinə 59 mindən çox vətəndaş müraciət edib
Mayın 16-dan 31-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 59 min 226 vətəndaş müraciəti daxil olub.
Fhnews.az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, müraciətlərin 45 min 42-si çağrı mərkəzləri, 804-ü sosial media, 5186-sı vatsap vasitəsilə, 1220-si elektron, 1090-ı yazılı formada yönləndirilib. Vətəndaş qəbulu zamanı isə 5 min 884 müraciət qeydə alınıb.
Müraciətlər müəllimlərin yerdəyişməsi, eləcə də işə qəbulu, sertifikatlaşdırma, birinci sinfə qəbul, təkrar ali və orta ixtisas təhsili və digər məsələlərlə bağlı olub.
Elektron Təhlükəsizlik Xidməti və...
BDU-nun Astrofizika kafedrası: Yaz...
Beynəlxalq konfransın iştirakçıları BMU...
Şagirdlərin elektron yerdəyişməsi...
Qarabağ Universitetində elm və ali...