DİM və Mədəniyyət Nazirliyinin birgə keçirdiyi imtahanların nəticələri açıqlanıb
Dövlət İmtahan Mərkəzi (DİM) və Mədəniyyət Nazirliyi tərəfindən musiqi, incəsənət, bədii sənətkarlıq, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə işə qəbul üzrə iyunun 2-də keçirilmiş test imtahanının nəticələri açıqlanıb.
Fhnews.az xəbər verir ki, DİM-dən verilən məlumata görə, imtahanda iştirakı nəzərdə tutulan 1044 nəfərdən 21-i imtahana gəlməyib.
Direktor və direktor müavinlərinin imtahanında namizədlərə 100, müəllimlərin imtahanında isə 70 test tapşırığı təqdim olunub. Hər düzgün cavab bir balla qiymətləndirilir.
Test mərhələsində tələb olunan keçid balını toplayaraq uğur qazanan namizədlər müsahibə mərhələsinə buraxılırlar.
İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyasına müraciət etmək istəyənlər iyunun 5-dən 7-dək DİM-in internet saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çoxu 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.
İmtahan haqqında ümumi məlumat və müsabiqə şərtləri DİM-in saytında yerləşdirilib.
ADPU-da müəllimlərin işə qəbulu imtahanı...
Elektron Təhlükəsizlik Xidməti və...
BDU-nun Astrofizika kafedrası: Yaz...
Beynəlxalq konfransın iştirakçıları BMU...
Şagirdlərin elektron yerdəyişməsi...